16 dekabr 2012 13:06
Nildo Neftçiyə keçə bilər
AZAL-ın braziliyalı hücumçusu Franko Nildo qışda bu komandadan gedə bilər. Azerisport.az xəbər verir ki, onunla ölkəmizin digər iki aparıcı klubunun maraqlandığı bildirilir.
Bunlar “Qarabağ” və “Neftçi”di. Braziliyalı forvard özü isə daha çox son Azərbaycan çempionunun heyətində çıxış etməyi arzulayır.
Nildonun “Neftçi”yə keçidi barədə yekun qərar paytaxt klubları arasındakı danışıqlardan sonra qəbul ediləcək.
