16 dekabr 2012 13:24
Rail Məlikovun komandası Azərbaycansayağı kornerlə qol vurub, qələbə qazandı (VİDEO)
Türkiyə PTT Birinci Liqasının 16-cı turunun “Denizlispor” – “Ankaragücü” matçından hazırlanmış videoreportajla tanış edir. Qeyd edək ki, meydan sahiblərinin heyətində yer alan azərbaycanlı futbolçu Rail Məlikov həmişəki kimi, bu görüşdə də 90 dəqiqə meydanda olub. Onun komandası qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb. Görüşdə vurulan ilk qol isə azərbaycanlı futbolsevərlər üçün daha diqqətçəkən hesab oluna bilər. Belə ki, dənizlilər hesabı “Azərbaycansayağı korner” zamanı vurublar. Güman ki, bu, Məlikovun təşəbbüsü ilə baş tutub.
