17 dekabr 2012 01:50
Məlikov: Belə korner vurmaq ideyası baş məşqçimizdən gəldi
Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikov PTT Birinci Liqanın son turunda “Ankaragücü”nə qarşı keçirdikləri oyundan və bu görüşdə vurduqları “Azərbaycansayağı korner” vuruşundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz artıq neçə tur idi qələbə qazana bilmirdik. Ona görə də bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. Şadam ki, uğursuz seriyaya son qoymağı bacardıq. İlk qolumuza gəlincə, bu kombinasiya barədə məndən çox soruşurlar. Düzdü, mən Vaqif Sadıqovun ideyası olan belə künc zərbələri barədə komanda yoldaşlarıma danışmışdım. Hansı ki, millimizin ifasında belə kornerləri çox görmək olar. Amma bu oyunda belə bir korner yerinə yetirmək ideyasını baş məşqçimiz Selahettin Dervent vermişdi. O, Azərbaycanda işlədiyindən, belə künc zərbələri ona yaxşı tanışdı”.