16 dekabr 2012 14:27

Yığmamızın baş məşqçisi: Azərbaycanda yeni çempionat təşkil olunmalıdı

Futzal üzrə Azərbaycan yığmasının və “Araz” klubunun baş məşqçisi Joze Alesio azerisport.az saytının suallarını cavablandırıb. Braziliyalı mütəxəssis öncə MDB ölkələrinin aparıcı klubları arasında yeni çempionatın keçirilməsi ideyasına münasibət bildirib:

“Mən Emil Əliyevin (Rusiya Futzal Federasiyasının azərbaycanlı prezidentini nəzərdə tutur – azerisport.az) bu təşəbbüsü barədə oxumuşam. “Araz” məmnuniyyətlə belə bir turnirdə iştirak edərdi. Lakin hər şey klub rəhbərliyinin mövqeyindən asılıdı. Eyni zamanda təşkilatçıların istəyi də dəqiq məlum deyil. Çünki onların bu ideyasının söz olaraq qalacağını, yaxud əməli addımlar atılacağını hələ heç kim bilmir”.
 
Braziliyalı mütəxəssis böyük futboldan fərqli olaraq, Azərbaycan futzalının MDB məkanında aparıcı rol oynadığını bildirib: “Araz” UEFA Kubokunda dördlər finalına çıxmış komandadı. Azərbaycan klubu keçmiş SSRİ məkanında hazırda ən güclülərdəndi. Yaxşı heyətimiz, oyunçularımız var. Lakin heyətimiz mütəmadi olaraq dəyişir. Bu da başadüşüləndi. Bizim çempionat o qədər də güclülərdən sayılmır. Futbolçular isə həmişə ən güclü birinciliklərdə öz sözlərini demək istəyirlər. MDB çempionatının təşkili bu baxımdan da bizim işimizə yaraya bilər. Çempionatda rəqabətin aşağı olması komandaya pis təsir göstərir. Fikrimcə, Azərbaycanı MDB çempionatında “Neftçi” də təmsil edə bilər. Eyni zamanda “Ekol”u da qeyd etmək lazımdı”.
 
Alesio bu çempionatda iştirak edəcəkləri halda komandasının daha da güclənəcəyini istisna etmir: “Belə olsa, təbii ki, “Araz”ın avrokuboklardakı nəticələri də yaxşılaşa bilər”.
 
“Araz”ın baş məşqçisi Azərbaycanda əvəzedicilərin çempionatının keçirilməsinin vacibliyini də vurğulayıb: “Bizə yeni oyunçular lazımdı. Onları üzə çıxarmaq üçün isə belə bir çempionatın da təşkili vacibdi. Mən bu barədə federasiya prezidenti Zaur Axundovla da danışmışam. O, bir çox məsələlərdə mənimlə razıdı. Məncə, əvəzedicilərin çempionatı bizə yeni istedadları tapıb üzə çıxarmağa imkan yaradacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.