16 dekabr 2012 14:12
Flavinyo Xəzər Lənkərana məğlubiyyəti şərh etdi
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Topaz Premyer Liqasının 17-ci turunun “Xəzər Lənkəran”la oyunundakı məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu 1:2 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Xəzər Lənkəran” bizim əsas rəqibimizdi. Onlara qarşı oynamaq həmişə çox çətin olub. Xüsusilə də Lənkəranda. Biz erkən qol buraxdıq. Bu üzdən bütün gücümüzlə hücuma atılmalı olduq. İkinci hissədə biz daha yaxşı oynadıq. Bir qoldan daha çox vura bilərdik. Həm də güclü yağış meydançanı yararsız hala salmışdı. Bu üzdən driblinq etmək, yerlə ötürmələr vermək çox çətin idi. Matçın sonlarında buraxdığımız qol isə məğlubiyyətə gətirib çıxardı”.