16 dekabr 2012 16:17
“Üç xal qazandığımız üçün komandaya təşəkkür edirəm”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 17-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Altılığa düşmək üçün vacib oyun idi. Çox yaxşı komandaya qarşı oynadıq. Çətin oyun oldu. Üç xal qazandığımız üçün komandaya təşəkkür edirəm”.
