16 dekabr 2012 16:38
Yeni dünya çempionunun adı bəlli oldu
FİFA-nın təşkilatçılığı ilə keçirilən Klublararası Dünya Çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu gün keçirilən final matçında Braziliya təmsilçisi “Corinthians” İngiltərənin “Chelsea” klubu üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. 30-cu dəqiqədə vurulan yeganə qol “Corinthians”a dünya çempionluğunu qazandırıb.
Bu gün həmçinin üçüncü yer uğrunda da oyun keçirilib. Misirin “Al Ahly” klubu ilə qarşılaşan Meksika “Monterrey”i 2 cavabsız qolla qələbə qazanıb.
Klublararası Dünya Çempionatı
16 dekabr
Üçüncü yer uğrunda oyun
Al Ahly – Monterrey – 0:2
Final
Corinthians – Chelsea – 1:0
