17 dekabr 2012 17:28

“Bizim bir hədəfimiz var – ardıcıl üçüncü dəfə çempion olmaq”

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Bakı” ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra özünüzə gələ bilmisiz?
- Mən deməzdim ki, bu məğlubiyyət bizim üçün güclü zərbə oldu. Sadəcə, üç xal itirdik. Turnir cədvəli baxımından bu, elə də ciddi ikti sayılmamalıdı. Yeganə məyus edən məqam odu ki, prinsipial rəqibimizə məğlub olduq.
 
- Sabah sizi daha bir prinsipial rəqiblə - “Bakı”yla duel gözləyir...
- Həqiqətən də “Bakı” ilə “Neftçi” meydana çıxandan sonra hər şey unudulur. Düşmən kimi oynayırıq (gülür). Bu dəfə uduzmaq istəmirik.
 
- Artıq qalan oyunlarınızda qələbə qazansanız da, vahid lider ola bilmirsiz...
- Bəli, “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra biz təxirə salınan görüşlərdə qələbə qazanmaqla yalnız “İnter”lə xallarımızın sayını bərabərləşdirə bilərik. Gördüyünüz kimi, bu mövsüm sensasiyalar çoxdu. Hər həftə gözlənilməz nəticələr qeydə alınır.
 
- “Bakı”, AZAL və “İnter”lə baş tutacaq həmin təxirə salınmış görüşlərdən nə gözləyirsiz?
- Bu üç oyunda qələbə qazanmaq hazırda əsas hədəfimizdi. Maksimum xal toplamalıyıq ki, qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanaq. Düzdü, hər üçündə qələbə qazanmaq çətin olacaq. Çünki bütün rəqiblərimiz qarşılarına böyük hədəflər qoyublar. Amma bütün rəqiblərimizi məğlub edəcək gücdəyik.
 
- Yəqin ki, Avropa Liqası başa çatdığı üçün çempionat oyunlarına köklənməyiniz asan olacaq...
- Şübhəsiz. İndi bizim bir hədəfimiz var – ardıcıl üçüncü dəfə çempion olmaq!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.