17 dekabr 2012 17:56

Xəzər Lənkəran üçün Premyer Liqadakı 250-ci matçda “Böyük qələbə”

Topaz Premyer Liqasının XVII turu “Xəzər Lənkəran” üçün əlamətdar hadisə ilə tarixə düşdü. Azerisport.az xəbər verir ki, “Neftçi”ni qəbul edən komanda Azərbaycan çempionatında yubiley – 250-ci matçını keçirdi.
 
2004/05 mövsümündə ölkə çempionatında debüt edən “Xəzər Lənkəran” tarixinin ilk rəsmi matçını 2004-cü il avqustun 7-də “Turan”a qarşı keçirib.
 
“Neftçi” ilə “Böyük oyun”a kimi 249 matça çıxan XL azarkeşləri önündə qeyd etdiyi yubileyində qələbə qazandı – 2:1. Tarixi baxımdan 6-cı əlamətdar qarşılaşmaya çıxan “Xəzər Lənkəran” bu matçlarda “səfərdə heç-heçə, evdə qələbə” prinsipinə davam etdirdi. 100-cü və 200-cü oyunlarını evdə qələbə ilə qeyd edən komanda 250-ci matçda da 3 xala sevindi.
 
 1         2004/05           07.08.2004      Turan (Tovuz) s           1:1
50        2005/06           17.02.2006      Bakı (Bakı)      s           1:1
100      2007/08           23.02.2008      Masallı (Masallı)          e          4:1
150      2009/10           06.12.2009      İnter (Bakı)     s           1:1
200      2010/11           13.05.2011      Bakı (Bakı)      e          2:0
250      2012/13           14.12.2012      Neftçi (Bakı)   e          2:1
 
 
Qeyd edək ki, 250 oyunda 133 qələbə qazanan “Xəzər Lənkəran” 72 heç-heçə edib və 45 dəfə uduzub. Bu matçlardakı top fərqi 382-172-dir ki, 2004/05 mövsümünün “Şəfa” ilə oyunundakı texniki qələbə (3:0) top fərqinə salınmayıb. Komanda 250 qarşılaşmadan 124-nü evdə, 125-ni səfərdə, 1-ni isə neytral meydanda keçirib. Cənublular 8 il ərzində 26 rəqiblə üz-üzə gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.