17 dekabr 2012 11:18
Fərhad Vəliyev: Mövsümün sonuna kimi qapıda özüm durmaq istəyirəm
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqasının 17-ci turunun “Bakı” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Bakı”nı niyə məğlub edə bilmədiniz?
- “Bakı” ilə oyunlarımız həmişə çətin alınır. İlk dövrədə də bu komandaya qalib gələ bilməmişdik. Bu dəfə üç xal qazanmağa çalışırdıq. Çünki liderliyimizi möhkəmləndirmək istəyirdik. Amma alınmadı.
- “Bakı” ilə oyunlarımız həmişə çətin alınır. İlk dövrədə də bu komandaya qalib gələ bilməmişdik. Bu dəfə üç xal qazanmağa çalışırdıq. Çünki liderliyimizi möhkəmləndirmək istəyirdik. Amma alınmadı.
- Sizin bu oyunda işiniz rəqibə nisbətən daha çox oldu. Nəticənin oyuna görə olduğunu düşünürsüz?
- “Bakı”nın qapıçısı da az iş görmədi. Bizim də qol vurmaq şanslarımız oldu. Şadam ki, biz öz qapımızın toxunulmazlığını qoruya bildik. Bütövlükdə isə nəticə oyuna görədi.
- Bu heç-heçə planlarınıza daxil idi?
- Bəli. Biz bu heç-heçəyə ən pis variant kimi baxırdıq. Belə təhlükəli rəqiblə səfərdə heç-heçə etmək də pis nəticə deyil.
- Bəli. Biz bu heç-heçəyə ən pis variant kimi baxırdıq. Belə təhlükəli rəqiblə səfərdə heç-heçə etmək də pis nəticə deyil.
- Qarşıda isə “Xəzər Lənkəran”la oyun var...
- Artıq “Bakı” ilə oyunda xal itirmişik. Odu ki, növbəti oyunda yenidən bunun təkrarlanmasına yol vermək haqqımız yoxdu. “Xəzər Lənkəran”la görüşə maksimum xal toplamaq üçün çıxacağıq. Baxmayaraq ki, bu rəqibimiz də çox ciddi komandadı. Elə son turda “Neftçi” üzərində qələbə qazanmaları çox şeydən xəbər verir.
- Sizin Miro Varvodiçlə rəqabəti qazandığınızı demək olar?
- Belə də demək olar. Mən öz şansımı gözləyirdim və bu ələ düşən kimi istifadə etdim. Şadam ki, ondan sonra komanda uduzmur.
- Belə də demək olar. Mən öz şansımı gözləyirdim və bu ələ düşən kimi istifadə etdim. Şadam ki, ondan sonra komanda uduzmur.
- Yəqin ki, bu mövsüm yerinizi heç kimə verməyə hazırlaşmırsız...
- Bəlkə də bu, bir qədər eqoist səslənəcək. Amma mövsümün axırına qədər qapıda durmaq istəyirəm.
- Amma iki ay öncə iş yerinizi dəyişmək istəyirdiniz...
- İndi ancaq komandamın oyununu düşünürəm. Müqaviləmin müddəti mövsümün sonunda bitəcək. İlk növbədə klubumla danışacağam. Çünki bu, mənim “Qarabağ”da altıncı mövsümümdü. Lakin hər şey ola bilər.
