17 dekabr 2012 11:39
Bu gün milli komandaların ən yaxşı futbolçuları mükafatlandırılacaq
Bu gün AFFA tərəfindən Azərbaycan milli komandalarının 2012-ci il ərzində ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Saat 12:30-da başlayacaq tədbir "Hilton Baku" otelinin "Sevda" zalında təşkil ediləcək. Tədbirə giriş dəvətnamə ilə olacaq.
