18 dekabr 2012 00:27

David Petrkeviç: Mən heç kimi təhqir etməmişəm

Cari mövsümdə “Simurq”un uğurlarında heç şüphəsiz polşalı qapıçı David Petrkeviç böyük pay sahibidi. Azerisport.az xəbər verir ki, hər qarşılaşmada rəqiblər üçün keçilməz qala olan gənc əlcək ustası Zaqatala təmsilçinin son oyununda hakim tərəfindən qırmızı vərəqə ilə cazalandırıldı. Bu haqda klubun rəsmi saytına fikirlərini bildirən David heç kəsi təhqir etmədiyini bildirib.
 
- Öncə son oyun haqqında fikirlərini bilmək istəyərdik...
- Fikrimcə “Qəbələ” ilə oyun həm bizim üçün, həm də rəqibimiz üçün çətin keçdi. Kim qalib gəlsəydi bu qarşılaşmada, o da turnir cədvəlində irəliləyəcəkdi və ilk altılığa düşmək şansını demək olar ki, əldə edəcəkdi. İlk hissə bizim üçün ağır keçdi. “Qəbələ” bir necə dəfə qol vurmaq üçün ələ şanslar əldə etdi. Lakin bunlardan yararlana bilmədi. Fasilədən sonra isə  biz istədiyimiz oyunu oynadıq və lazım olan qolu vura bildik. Bununda nəticəsində çox vacib üç xalı qazanaraq, turnir cədvəlində zirvədə var olduğumuzu bir daha hər kəsə göstərdik.
 
- Qarşıda daha bir çətin matç bizi gözləyir. “Rəvan”la oyun haqda nə düşünürsən?
- Bəli, düz qeyd edirsiz. Onlarla da oynumuzun çətin keçəcəyini düşünürəm. Bu qarşılaşmada da qələbə qazansaq, rahat bir şəkildə deyə biləcəyik ki, “Simurq” ilk altılıqdadır. Ondan sonra bizim daha dörd oynumuz qalır, - AZAL, “Neftçi, “Bakı” və “Kəpəz”. Fikrimcə bu qarşılaşmalarda xal itirsək belə, 100 faiz qarşımıza qoyduğumuz məqsədə çatmış olacayıq. Ancaq ilk altılıqda medallar uğrunda mübarizə aparacağımızdan, bu oyunlarda mütləq sərfəli nəticələr əldə etməliyik.
 
- “Qəbələ” ilə qarşılaşmada hakim sənə qırmızı vərəqə göstərdi. Hamı üçün maraqlı olan həmin stuasiya necə baş verdi?
- Bəli, oyundan sonra qarşılaşmanın referisi mənə qırmızı vərəqə göstərdi. Onun bu qərarını anlaşılmazlıq kimi qiymətləndirirəm. Çünki hakimin dediyi kimi, onu təhqir eləməmişəm. Oyun bitəndən sonra heç ona yaxınlaşmadımda. Onun qeyd etdiyi sözləri belə işlətməmişəm. Həmişəki kimi birbaşa paltardəyişmə otağına yollandım və polyak dilində öz-özümə niyə əlavə vaxtı çox oynatdığını dedim. Həmin vaxtda hakimlər məndən 30 metr aralıda idilər. Birdə köməkçisinin ona yaxınlaşıb nəsə dediyini gördüm və bundan sonra mənə qırmızı vərəqə göstərdi. Hələ də, başa düşmürəm niyə bu cür qərar verdi. Hətta mən, ona işlətdiyimi iddia etdiyi sözün mənasını belə bilmirdim. Sonradan uşaqlardan öyrəndim və həqiqətən öz vəziyyətimə güldüm. Çünki bilmədiyin sözü necə işlədəsən.
 
- Sabah (bu gün) sənin necə oyunluq cəza alacağın bilinəcək. Futbol qurumumuzdan hansı qərarı gözləyirsən?
- Azərbaycana futbol oynamağa gəlmişəm. Gəlməmişəm ki, hakimləri təhqir edim. Burada “Simurq”la birlikdə yüksək nəticələrə nail olmaq istəyirəm. Zaqatala azərkeşləriylə qələbə dolu günlər yaşamaq arzusundayam. Düşünürəm ki, bu haqda qərar verənlər həmin stiasiyanı yaxşı-yaxşı dəyərləndirəcəklər və ədalətli qərar qəbul edəcəklər. Lazım bilsələr məndə ora gələ bilərəm və səhvim varsa üzr istəyərəm. Bir daha qeyd etmək istəyirəm ki, mən onların dediyi kimi, rus dilində heç kəsi təhqir eləməmişəm. Heç bu dildə yaxşı danışa bilmirəm, nəyinki kimisə ilk dəfə eşitdiyim sözlə təhqir edim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.