17 dekabr 2012 13:08
“Berti Foqts mənə xüsusi proqram üzrə fərdi çalışmağı tapşırıb”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Moldovanın “Milsami” klubunun son oyunlarında meydana çıxmamasının səbəblərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən həmin oyunları zədə səbəbindən buraxmalı oldum. Hazırda Bakıdayam. Yanvarın 11-dək burda olacağam. Ondan sonra isə klubumla birgə Antalyaya toplanışa gedəcəyəm. Amma o vaxta qədər burda məşq edəcəyəm. Çünki Berti Foqts mənə xüsusi proqram üzrə fərdi çalışmağı tapşırıb”.