18 dekabr 2012 00:58
Gəncəyə yağan qar Kəpəzi doğma arenasından ayrı saldı
“İnter”lə ev oyunundan sonra “Kəpəz” yenidən məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, komandaya dincəlmək şansı verməyən məşqçilər korpusunun qərarına əsasən futbolçular hazırlıq prosesi keçib.
Məşq Gəncə şəhər stadionunun yardımçı meydançasında baş tutub. Ötən gün isə komanda Gəncə Olimpiya İdman Kompleksində məşq edib. Buna səbəb son günlər yağan qarın meydançanın vəziyyətinə təsir etməsidi.
