17 dekabr 2012 13:28
Berti Foqts yığmamızın ən yaxşı üç futbolçusunun adını açıqladı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandamızın 2012-ci ildəki çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Yığmanın çətin oyunları geridə qaldı. Bütövlükdə, mən cari seçmə mərhələdəki çıxışımızdan razıyam. Məni qorxaq futbol oynatmaqda ittiham etmək düzgün deyil. Portuqaliya və Rusiya kimi komandalarla səfər oyunlarında ancaq Almaniya hücum edə bilər”.

Foqts hakimə tüpürdüyünə görə diskvalifikasiya olunmuş Elnur Allahverdiyevin cəzasının başa çatmasına da toxunub: “Lakin hələlik bu barədə heç nə deyə bilmərəm. Allahverdiyevin gələcək aqibəti ilə bağlı bir qədər gözləmək lazımdı”.
Almaniyalı mütəxəssis 2012-ci ilin ən yaxşı futbolçularının kim olduğunu da açıqlayıb: “Əgər əsas yığmanın ən yaxşı futbolçularını qeyd etmək lazımdırsa, mənə görə bunlar Rauf Əliyev, Ruslan Abışov və Maksim Medvedevdi”.