17 dekabr 2012 13:32
Atletico Barcelona ilə oyunda da Azərbaycanı reklam etdi (FOTO)
İspaniyanın “Atletico” klubu La Liqanın 16-cı turunda növbəti dəfə meydana üzərində “Land of Fire Azərbaycan” yazılmış reklamla çıxıb. Azerisport.az xəbər verir ki, Madrid klubu bu dəfə ölkəmizi “Nou Kamp”da – “Barcelona” ilə oyunda reklam edib.
Amma bu görüş madridlilər üçün çox uğursuz alınıb. Hesabı açmalarına rəğmən, onlar sonda 1:4 hesablı yenilgi ilə üzləşiblər.
Qeyd edək ki, madridlilər dördüncü dəfə idi ki, Azərbaycan reklamı ilə meydana çıxırdılar.
