17 dekabr 2012 13:41
77 gündən sonra gələn qələbə sevinci
Paytaxtda “Rəvan”ın qonağı olan “Sumqayıt”ın uğursuz oyunlar seriyası qırılıb. Azerisport.az xəbər verir ki, Bernard Raabın yetirmələri rəqibinə 3:2 hesabı ilə qalib gələrək 9 oyunluq qələbəsizliyə son verib.
Sonuncu dəfə sentyabrın 30-da “Bakı”nı 1:0 hesabı ilə məğlub edən sumqayıtlılar 77 gündən sonra qalib gəlib. 11 həftəlik həsrəti bitirən “Sumqayıt” bu müddətdə 4 heç-heçə edib və 5 dəfə məğlub olmuşdu.
