18 dekabr 2012 02:06
Xaqani Məmmədov İnterdən ayrıldı, Qəbələyə keçdi
“Qəbələ” Futbol Akademiyasında yeni məşqçi təyinatı gerçəkləşib. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis Xaqani Məmmədov akademiyada fəaliyyətə başlayıb.
Futbolçu karyerası boyunca “Neftçi” (1996-1998), OİK (1998-1999), “ANS Pivani” (1999-2000), “Şəmkir” (2000-2001), “Maşınsazi” (İran, 2001-2003), “Xəzər-Lənkəran” (2003-2006, 2010-2011), “Olimpik” (2006-2007), “İnter” (2007-2010) kimi klublarda top qovan Məmmədov Azərbaycan milli komandasının formasını da geyinib. Xaqani Məmmədov məşqçilik karyerasına 2011-ci ildə Bakı “İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib.
