18 dekabr 2012 02:44
“Təklifi məmnuniyyətlə qəbul etdim”
“Qəbələ” Futbol Akademiyasında məşqçiliyə başlayan Xaqani Məmmədov təyinatı ilə bağlı fikirlərini paylaşıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında o, bunları dilə gətirib:
“Qəbələ”nin uşaq futboluna ayırdığı diqqət göz qabağındadı. Təklifi məmnuniyyətlə qəbul etdim. Baza ilə tanışlıq zamanı hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum. Burada futbolun inkişafı üçün hər cür şərait yaradılıb. İnanıram ki, futbol təcrübəmdən yararlanaraq “Qəbələ” Futbol Akademiyasında peşəkar futbolçuların yetişməsində yaxından rol oynayacağam”.
