18 dekabr 2012 19:53
Paytaxt derbisində heç-heçə qeydə alındı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 1-ci turdan təxirə salınan bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, son ölkə çempionu “Neftçi” paytaxt derbisində “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmaya maraq kifayət qədər böyük idi. Çünki “ağ-qaralar” son turda “Xəzər Lənkəran”dan aldıqları məğlubiyyəti unutdurmaq üçün bu görüşdə mütləq qələbə qazanmağı hədəfləmişdi. “Bakı” isə turnir cədvəlinin alt pillələrindən uzaqlaşmaq üçün derbini qazanmağa borcluydu. “Zolaqlılar” həm də ötən ay qeydə alınan ilk derbidəki 1:2 hesablı yenilgini unutdurmağa çalışacaqdılar. Amma qəıəbə qazanmaq tərəflərdən heç birinə qismət olmayıb. Meydan sahiblərinin ilk, qonaqların son dəqiqələrdə vurduğu qol heç-heçəyə gətirib çıxarıb.
Topaz Premyer Liqası
1-ci tur
18 dekabr (çərşənbə axşamı)
NEFTÇİ – BAKI - 1:1 (1:0)
Qollar: R.Sadiqov, 10-pen (1:0), Ə.Quliyev, 86 (1:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
Bakı. 8-ci km. stadionu.
Oyun başladı
10. Meydan sahibləri görüşə daha fəal başlayıblar
10. "Bakı"nın futbolçusu cərimə meydançasında əllə oynadığı üçün penaltiyə səbəb olur
10. R.Sadiqov penaltini dəqiq yerinə yetirərək, hesabı açır - 1:0
25. Meydanda yalnız bir komanda var - "Neftçi"
30. Oyun getdikcə meydanın mərkəzinə keçir
35. "Bakı" topa sahib çıxmağa çalışsa da, hələlik bu, onlarda effektli alınmır
37. Çesnauski hesabı bərabərləşdirmək şansını qaçırır
40. Verpakovskinin təhlükəli baş zərbəsi qapıdan yan keçir
43. İmamverdiyev Nuredinoski ilə dueldən məğlub ayrılır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
60. Meydan sahibləri fasilədən sonra da fəaldılar
Vobay əlverişli mövqedən qapıya dəqiq zərbə endirə bilmir
Verpakovski daha bir qol şansını boşa verir
"Bakı" artıq fəallığı artırıb
Verpakovsini A.Şoliç əvəzləyir
"Neftçi"də isə M.Seyidov İmamverdiyevi əvəzləyir
75. Bertuççini M.Şükürov əvəzləyir
78. Juninyonun cərimə zərbəsi qapıçıda qalır
86. Cinahdan ötürməni Ə.Quliyev dəqiq baş zərbəsi ilə tora qovuşdurur - 1:1
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Çesnauskini Karqbo əvəzləyir
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 21. Eşqin Quliyev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 29. Əziz Quliyev, 25. Şəhriyar Əliyev, 3. Denis İvanov, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 7. Deyvidas Çesnauski, 11. Elvin Məmmədov (k), 23. Maris Verpakovski, 17. Ramazan Abbasov.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 27. George Popxadze, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev, 14. Elvin Əliyev, 19. Nurlan Novruzov, 6. İbrahim Karqbo.
| 1 | İnter | 16 | 8 | 6 | 2 | 17 | 6 | +11 | 30 |
| 1 | Simurq | 17 | 8 | 6 | 3 | 20 | 11 | +9 | 30 |
| 3 | Qarabağ | 17 | 7 | 7 | 3 | 22 | 16 | +6 | 28 |
| 4 | Qəbələ | 17 | 7 | 4 | 6 | 19 | 18 | +1 | 25 |
| 5 | Neftçi | 14 | 8 | 0 | 6 | 29 | 17 | +12 | 24 |
| 5 | XL | 17 | 6 | 6 | 5 | 24 | 17 | +7 | 24 |
| 7 | AZAL | 16 | 5 | 7 | 4 | 19 | 15 | +4 | 22 |
| 8 | Turan | 16 | 5 | 5 | 6 | 19 | 20 | –1 | 20 |
| 9 | Bakı | 15 | 3 | 9 | 3 | 14 | 11 | +3 | 18 |
| 10 | Sumqayıt | 17 | 4 | 5 | 8 | 15 | 31 | –16 | 17 |
| 11 | Rəvan | 17 | 4 | 4 | 9 | 16 | 28 | –12 | 16 |
| 12 | Kəpəz | 17 | 2 | 3 | 12 | 10 | 34 | –24 | 9 |
Bombardirlər:
14 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
