17 dekabr 2012 16:15
Azərbaycan yığması baş məşqçisiz qalacaq
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması baş məşqçisiz qalacaq. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Sissi Rayt istefa verməyə hazırlaşır.
Qeyd edək ki, Raytla müqavilənin müddəti bu ilin sonunda başa çacataq. Tərəflər yeni müqavilə bağlamaq istəmədikləri üçün, əməkdaşlığa son qoyulacaq.
Qeyd edək ki, Sissi Rayt U-17-ni 2012-ci ildən çalışdırırdı. Onu kimin əvəzləyəcəyi bilinmir.
