17 dekabr 2012 16:53
Ən yaxşı qadın futbolçumuz: Bu mükafatı alacağımı gözləmirdim
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Aytac Şərifova 2012-ci ilin ən yaxşı qadın futbolçusu seçilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Şadam ki, belə bir mükafata sahib çıxdım. Bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. DÇ-2012-nin hər üç oyununda iştirak etsəm də, ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim. Bu uğuruma görə həmçinin bütün məktəb müəllimlərimə də minnətdaram”.