17 dekabr 2012 17:02
Cavid İmamverdiyev Neftçi ilə yollarını ayırır
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyev qış fasiləsində “Neftçi”ni tərk edə bilər. Azerisport.az xəbər verir ki, onun xarici klubların maraq dairəsinə düşdüyü bildirilir.
Hazırda iki klub İmamverdiyevi heyətinə qatmaqda maraqlıdı. Amma onların adları açıqlanmır. Futbolçunun taleyinə “Neftçi” rəhbərliyi aydınlıq gətirəcək. Yəni təkliflərdən hansı daha sərfəli olsa, Cavid həmin kluba veriləcək.
İmamverdiyev də klubun onun gələcəyi ilə bağlı ən düzgün qərarı verəcəyini inandığını dilə gətirib.
