18 dekabr 2012 17:31
Azərbaycan - Portuqaliya oyununun başlanma vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi daha bir oyunun başlanma vaxtı və stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, millimiz Portuqaliya yığması ilə 2013-cü il martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da qarşılaşacaq.
