18 dekabr 2012 17:40
Berti Foqts Neftçi - Bakı matçını izləyəcək
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış, bu gün saat 18:00-da 8 KM stadionunda keçiriləcək "Neftçi" - "Bakı" oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
