18 dekabr 2012 20:39
Berti Foqts gənc bombardiri mükafatlandırdı (VİDEO)
Bu gün "Coca-Cola U-13 Liqası"nın 2011/2012-ci il mövsümünün bombardiri, hazırda "Neftçi" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Pilağa Mehdiyev AFFA tərəfindən mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun iştirak etdiyi tədbir P.Mediyevin təhsil aldığı Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 saylı orta məktəbdə təşkil olunub.
