18 dekabr 2012 20:43
Böyükağa Hacıyev: Təsəvvür edə bilmirəm ki, Bakı ilə heç-heçə etmişik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 1-ci turunun “Bakı” ilə təxirə salınmış oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı bu gün baş tutan və 1:1 hesabıyla bitən görüşlə bağlı bunları dilə gətirib:
“Vurmayana - vurarlar prinsipi bu oyunda da özünü göstərdi. Komandanın fiziki durumu və motivasiyası yaxşı deyildi. Legioner futbolçular qış fasiləsi yaxınlaşdıqca evlərinə tez getmək barədə fikirləşirlər. Bugünkü görüşdə komanda çox aciz görsəndi. Təsəvvür edə bilmirəm ki, “Bakı” ilə heç-heçə etmişik. Komandamı tanımadım. Mahir Şükürov “Xəzər Lənkəran”la oyunda səhv etdiyi üçün start heyətində yer almadı. Ümumilikdə bugünkü oyunda komandanın heç bir futbolçusunun oyunundan razı qalmadım”.
