18 dekabr 2012 20:47
Bojidar Bandoviç: Neftçi ilə oyuna gələndə üç saat tıxacda qaldıq
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 1-ci turunun “Neftçi” ilə təxirə salınmış oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı bu gün baş tutan və 1:1 hesabıyla bitən görüşlə bağlı bunları dilə gətirib:
“Son iyirmi gündə “Bakı” sıx qrafikdə və güclü rəqiblərlə oynayıb. “Neftçi” ilə oyuna gələndə üç saat tıxacda qaldıq, ona görə də stadiona istədiyimiz vaxt çata bilmədik. Çox pis haldır ki, matçdan əvvəl oyunçularımın heç olmasa beş dəqiqə isinmə hərəkəti etməsinə imkan verilmədi. Buna baxmayaraq, futbolçularımdan razı qaldım. Onlar ikinci hissədə yaxşı oynadılar”.
