19 dekabr 2012 00:07

Azərbaycan çempionatında ilk günün nəticələri bəlli oldu

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, çempionatın təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb.
 
O, bildirib ki, bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi idmançılarımız bu il XXX London Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanmışlar. Mötəbər yarışda qazanılan 10 medaldan 7-si məhz güləşçilərimizin payına düşür.
 
Cəfərov bildirib ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə idmanın inkişafına dövlət qayğısının dəfələrlə artırılması sayəsində güləşçilərimiz beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə başlayıb.
 
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilib.
 
Təqvimə əsasən bu gün yunan-Roma gülәşçiləri mübarizə aparıblar və 55, 66, 84 vә 120 kq çәkidә qaliblər bəlli olub.
 
55 kq
 1. Orxan Әhmәdov (Lokomotiv)
 2. Eldәniz Әzizli (Neftçi İSM)
 3. Sakit Quliyev (Neftçi İSM)
 3. Qasım Mәhәmmәdov (İnter)
 
66 kq
 1. Azad Әliyev (İnter)
 2. Qadir Süleymanov (Abşeron, Neftçi İSM)
 3. Elçin Hәsәnov (Neftçi İSM)
 3. Rәsul Çunayev - (Balakәn, Neftçi İSM)
 
84 kq
 1. Rafiq Hüseynov (DİN İC)
 2. Mate Savadze (Atasport)
 3. Soltan İsmayılov (MOİK)
 3. Fuad Әliyev (Neftçi İSM)
 
120 kq
 1. Maksim Proxorov (Atasport)
 2. Zaur Mehrәliyev (İnter)
 3. Abbas Abdullayev (Atasport)
 3. Gogha Davitadze (Atasport)
 
Yarışda ilk 3 yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.