18 dekabr 2012 12:28
“Mövsümün sonuna qədər klubumu dəyişməyəcəm”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Moldovanın “Milsami” klubunun geridə qalan ildəki çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandam hələlik dördüncü yerdə gedir. Lider “Şerif”dən 22 xal geri qalırıq. Lakin buna baxmayaraq, medallar uğrunda mübarizəmizi davam etdiririk. Qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyulub. Bunu həm çempionat, həm də kubok vasitəsilə həyata keçirə bilərik. Mütləq buna nail olmalıyıq. Mövsümün sonuna qədər komandamı dəyişməyəcəm. Çünki bu il mənim üçün uğurlu alındı. Həm klubumda möhkəmlənə bildim, həm də yığma komandaya dəvət aldım”.