19 dekabr 2012 01:12
İnter Bakı üçün başladı (FOTO)
Ötən altıncı günü "Kəpəz"lə oyundan sonra yetirmələrinə bir günlük istirahət vermiş "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze ötən gün komanda üzvlərini yenidən meydançaya çıxarıb. Azerisport.az xəbər verir ki, bir gün öncə bərpa prosesini başa vuran "İnter" ötən günkü məşqə isinmə hərəkətlərilə başlayıb. Sonra komand ikitərəfli oyun keçirib.
"İnter" bu gün plana uyğun olaraq "Şəfa" stadionunda məşqlərini davam etdirəcək. Xatırladaq ki, növbəti turda bu komanda "Bakı" ilə qarşılaşacaq. Oyun dekabrın 22-də saat 15.00-da başlayacaq.
