18 dekabr 2012 13:14
Hakimi təhqir edən futbolçu 4 oyunluq cəzalandı
Bu gün AFFA İnitzam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Qəbələ” – “Simurq” matçının 78-ci dəqiqəsində “Simurq”un futbolçusu Mehman Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Rəvan” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Əli Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
AZAL – “Turan” matçının 52-ci dəqiqəsində AZAL-ın futbolçusu Tərlan Xəlilov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
