19 dekabr 2012 01:34
Kəpəz növbəti oyuna Bakıda hazırlaşır
Növbəti oyunun hazırlıqlarını davam etdirən “Kəpəz” ötən gün səhər saatlarında Bakıya gəlib. Azerisport.az xəbər verir ki, dekabrın 20-də səfərdə “Sumqayıt”la qarşılaşacaq komandanın oyundan 2 gün əvvəl paytaxta yollanması matça daha yaxşı şəkildə hazırlaşmaq məqsədindən irəli gəlir.
“Kəpəz” Bakıda olduğu müddətdə “Araz” otelində qalacaq. Baş məşqçi Mahmud Qurbanovun yetirmələri paytaxtda artıq məşq də ediblər. Gəncə klubu “Şəfa” stadionunun yardımçı meydançasında hazırlıq prosesi keçib.
Bu gün isə Gəncə təmsilçisi görüşün keçiriləcəyi stadionda saat 11:00-da məşqə çıxacaq.
