18 dekabr 2012 13:32
AFFA səhv qərarını dəyişdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçala” – “Qaradağ Lökbatan” matçında “Neftçala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Novruz Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanın, klubu 20 manat cərimə olunub.
“Lokomotiv” – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Tərəqqi” – “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Tərəqqi”nin futbolçusu Mətləb Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Energetik” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Əliyevə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın vidoeyazısını izlədikdən sonra futbolçunun aqressiv deyil kobud oynadığı aşkar edilib. Bu səbəbdən futbolçuya verilmiş 4 oyunluq cəza və kluba verilmiş 400 manat cərimə aşağıdakı kimi əvəz olunur:
“Energetik”in futbolçusu Samir Əliyev 2 oyunluq cəzalanır, klubu 200 manat cərimə olunur.
