20 dekabr 2012 02:00
İtaliya Kuboku: 1/8 final mərhələsi başa çatdı (YENİLƏNİB)
Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin növbəti oyun günündə bir qarşılaşma baş tutub.
“İnter” evdə “Verona”nı qəbul edib. Görüş meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. Nəticədə Milan təmsilçisi inamlı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.
İkinci oyun günündə “Lazio” “Siena” ilə üz-üzə gəlib. Əsas vaxtı sülhlə bitən görüşün qalibini penaltilərlə müəyyənləşdirmək lazım gəlib və "Lazio" qalib gələrək, mərhələ adlayıb. “Udinese” “Fiorentina”ya uduzub. “Napoli” də “Bologna” ilə qarşılaşmadan məğlub ayrılıb.
İtaliya Kuboku
1/8 final
18 dekabr
Inter – Verona – 2:0
19 dekabr
Lazio - Siena - 1:1 (penaltilərlə 4:1)
Udinese - Fiorentina - 0:1
Napoli - Bologna - 1:2
Qeyd edək ki, bu mərhələnin digər oyunları bir müddət öncə keçirilmişdi və “Roma”, “Catania”, “Juventus”, “Milan” 1/4 finala vəsiqə qazanmışdı.
