18 dekabr 2012 14:08
Aqil Nəbiyev Türkiyə klubuna keçməkdən imtina etdi
AZAL-ın sabiq kapitanı Aqil Nəbiyev Türkiyənin “Şanlıurfaspor” klubuna keçməkdən imtina edib. Azerisport.az saytına müsahibəsində o, bunun səbəblərini belə izah edib:
“Onlar həqiqətən də mənə təklif göndərmişdilər. Amma mən bundan imtina etdim, Urfada oynamaq istəmədim. Komanda 12-ci yerdə gedir. Daha ambisiyalı komanda olsaydı, razılaşmaq olardı”.
“Onlar həqiqətən də mənə təklif göndərmişdilər. Amma mən bundan imtina etdim, Urfada oynamaq istəmədim. Komanda 12-ci yerdə gedir. Daha ambisiyalı komanda olsaydı, razılaşmaq olardı”.
Qeyd edək ki, Nəbiyev böyük ehtimalla “Bakı”ya keçəcək. O, paytaxt klubu ilə rəsmi müqavilə bağlamasa da, artıq bu komandanın heyətində məşq edir.
