18 dekabr 2012 14:37

“Bakının ilk altılıqda yer alacağına şübhə etmirəm”

“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Neftçi” ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Bakı”nın ilk altılığa düşmək üçün sadəcə yeddi oyunu qalıb. Sizcə, bu oyunlarda istəyinizə çata biləcəksiz?
- Hazırda biz çox ağır qrafik keçiririk. Bu ilin sonuna kimi “Neftçi” və “İnter”lə görüşlərimiz var. Bu oyunlar çox şeyə aydınlıq gətirə bilər. Xal toplamalıyıq. İstənilən halda “Bakı”nın ilk altılıqda yer alacağına şübhə etmirəm.
 
- “Neftçi” ilə bu gün baş tutacaq görüşdən nə gözləyirsiz?
- Nə demək olar? Ciddi rəqibdi. Amma buna baxmayaraq, qələbə qazanmaq lazımdı. Üç xal bizə çox lazımdı.
 
- Amma buna “Qarabağ”la son oyunda nail ola bilmədiniz...
- “Qarabağ” mənə görə Azərbaycanın ən güclü klubudu. Təbii ki, “Bakı”dan sonra. Yaxşı, sabit və hətta maraqlı komandadı. Fikrimcə, biz onlara qarşı pis oynamadıq. Sadəcə, həlledici zərbələrimiz alınmırdı. Əks halda daha yaxşısına nail ola bilərdik.
 
- “Bakı” bu mövsüm ağdamlılara heç bir oyunda qalib gələ bilmədi...
- Buna görə rəqibin də çıxışını qeyd etmək lazımdı. Amma biz də bu mövsüm əsas favoritlərə uduzmamışıq. Sadəcə, “Neftçi”yə uduzmuşuq. Ümid edirəm ki, qarşıdakı oyunda qisas ala biləcəyik.
 
- Qələbələrinizin də sayı çox azdı...
- Biz bu mövsüm çox tez-tez heç-heçə edirik. Bu göstəriciyə görə hamıdan öndə olmağımız göz qabağındadı.
 
- Son dövrlər oyun baxımından artırdığınız hiss olunsa da, yenə nəticə yoxdu...
- Bəli, hazırda mövsümün əvvəli ilə müqayisədə daha yaxşı oynayırıq. Biz təkcə qol vura bilmirik.
 
- Bəs bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün nə lazımdı?
- Bizə yaxşı hücumçu çatmır ki, yaratdığımız epizodları dəyərləndirsin. Parks kimi hücumçumuz artıq xeyli müddətdi zədə səbəbindən bizə kömək edə bilmir.
 
- Özünüz də son dövrlər meydanda tez-tez görünməyə başlamısız...
- Yeni baş məşqçi gəlmişdi. Həm də mən ilk günlərdə yaxşı formada deyildm. İndi hər şey dəyişib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.