18 dekabr 2012 14:46
Vladimir Levin: Mən özümə səs verməmişəm!
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levin AFFA-nın 2012-ci ilin ən yaxşı futbolçularını müəyyənləşdirmək üçün apardığı sorğuda özünə səs verməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunu təkzib edib:
“Mən özümə səs verməmişəm. Belə bir şeyi edə bilməzdim. Ümumiyyətlə, məndən heç kim heç nə soruşmayıb. Əgər mənə seçim imkanı versəydilər, Rəşad Sadıqovun, Ruslan Abışovun və ya Rauf Əliyevin adını deyərdim. Qapıçı isə Kamran Ağayevi seçərdim. Bir daha qeyd edirəm ki, mən özümə səs verməmişəm”.

Qeyd edək ki, AFFA-nın rəsmi saytı bu sorğunun nəticələrini açıqlayıb və orda Vladimir Levinin özünə səs verdiyi bildirilir. Lakin “İnter”in kapitanının bu iddiasından sonra həmin sorğunun şəffaflığına böyük şübhə yaranmış olur.