18 dekabr 2012 14:55
Neftçinin prezidenti ən yaxşı adını aldı (FOTO)
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyədə “Beynəlxalq Yüksək Xidmət” mükafatına layiq görülüb. Azerisport.az xəbər verir ki, sözü gedən mükafat hər il Avropada bir klub prezidentinə təqdim olunur.
Sadıq Sadıqova Azərbaycan futbolundakı xidmətləri və ilk dəfə olaraq bir Azərbaycan klubunun Avropa Liqasına vəsiqə qazanması səbəbi ilə verilən mükafatı, tədbirdə iştirak edən “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə alıb.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov isə "Avropada İlin İdman Adamı" seçilib. Qonaqlara mükafatları Türkiyə İdman Nazirinin müavini Yusuf Təkin təqdim edib.
