18 dekabr 2012 15:18
Qurban Qurbanov 19 yaşlı braziliyalı forvardı bəyəndi
Xəbər verdiyimiz kimi, “Qarabağ” 19 yaşlı braziliyalı futbolçunu – Klaudio Alveşi baxışa çağırıb. Azerisport.az xəbər verir ki, xeyli müddətdi Ağdam klubunun məşqlərinə qatılan hücumçu məşqçilər korpusunun etimadını doğrulda bilib.
Belə ki, baş məşqçi Qurban Qurbanov onu bəyənib. Sabah Alveş Braziliyaya qayıdacaq. Amma komandanın qış toplanışında sözügedən gənc hücumçu da iştirak edəcək. Həmin toplanışda da hər şey qaydasında getsə, forvardla müqavilə imzalanacaq.
Qeyd edək ki, Klaudio Alveş Braziliyanın ikinci liqasında çıxış edən “Santo Andre”dən baxışa çağırılmışdı.
