18 dekabr 2012 15:38
Nizami Hacıyev Poqon ilə müqavilə bağlamağa gedir
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev Polşanın “Poqon” klubuna keçməyə çox yaxındı. Azerisport.az saytına müsahibəsində bunu yığmamızın üzvü özü də təsdiqləyib:
“Gələn ilin əvvəlində yenidən Polşaya gedəcəm. Yeni klubumla da məhz həmin vaxt müqavilə bağlayacağam. Demək olar ki, bütün məsələlər razılaşdırılıb. Çox şadam ki, “Poqon”a transferim baş tutmaq üzrədi”.

Qeyd edək ki, Hacıyevin “İnter”lə müqaviləsinin müddəti 2013-cü ildə başa çatacaq. Amma paytaxt klubu onun Polşaya getməsinə heç bir əngəl yaratmayacaq.