18 dekabr 2012 15:51

Rahid Əmirquliyev: Bizə ancaq qələbə lazımdı

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 18-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komandanız niyə həmişə “Neftçi”yə qarşı oynadığı kimi mübarizə aparmır?
- Yəqin ki, bu oyunda motivasiya daha yüksək idi. Çünki biz vacib oyuna çıxmışdıq. Bu görüşə dönüş nöqtəsi kimi baxırdıq. Prinsipial rəqibimizi məğlub etmək istəyirdik.
 
- Onda belə çıxır ki, sizin çempion olmağınız üçün bütün rəqiblərinizin belə prinsipial olması lazımdı?
- (gülür) Digər klubları da hesabdan silmək olmaz.
 
- “Xəzər Lənkəran” ilk altılıqdan kənar qala bilər. Bununla bağlı qorxunuz var?
- Ümid edirəm ki, bu, müvəqqətidi. Biz tezliklə ilk altılıqda yer alacağıq. Çempionluq uğrunda mübarizə aparmaq heç də asan deyil. Bu mövsüm böyük rəqabət var.
 
- İlin son oyununda “Qarabağ”la üz-üzə gələcəksiz. Bu komandaya qarşı necə oynayacaqsız?
- Bu oyun da bizim üçün vacibdi. Çox istəyirik ki, qələbə qazanaq və mövsümün qalan hissəsinə yaxşı əhval-ruhiyyədə hazırlaşaq. Elə oynayıb-oynamayacağımızı bilmirəm. Amma motivasiya yenə yüksək olacaq. Bizə ancaq qələbə lazımdı. Məğlubiyyət və ya heç-heçə bizi qətiyyən qane etmir.
 
- Bu komandaya qarşı müdafiədən oynayacasız?
- Böyük ehtimalla açıq futbol olacaq. Çünki “Qarabağ” da bizim kimi qələbə qazanmaq istəyəcək.
 
- Son qələbəyə rəğmən, komandanızın çıxışı o qədər də uğurlu deyil...
- Vəziyyət getdikcə yaxşılaşır. Məsələn, “Neftçi” ilə oyunda tribunalar demək olar ki, dolmuşdu.
 
- Amma “Böyük oyun”larda adətən tribunalar tam dolu olurdu...
- Nəticələrimiz yaxşılaşsa, azarkeşlər də tribunalara qayıdacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.