18 dekabr 2012 16:39
Qarabağ ilin son oyununa hazırlaşır
“Qarabağ” 2012-ci ilin son oyunu üçün hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın XVIII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək Ağdam klubu hazırlıqlara start verib.
“Bakı” ilə oyundan sonra bir günlük buraxılan komanda yenidən vacib oyun üçün yığışıb. Hazırlıqlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçən “Qarabağ” bu axşam “kamp”a yığışacaq.
