19 dekabr 2012 18:24
Polşalı yarımmüdafiəçi Azərbaycan klubuna keçir (FOTO)
Polşanın “Slensk” klubunun kapitanı Sebastyan Milya karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə futbolçunun agenti məlumat yayıb.
“Sebastyan indi elə yaşdadı ki, müqavilə bağlayarkən həlledici məqam maliyyə şərtlərindən asılı olacaq. Əgər “Slensk” qışda onunla müqavilə bağlamaq istəməsə, böyük ehtimalla Azərbaycana gedəcək. Və ya bu ölkə Çin də ola bilər”.
Qeyd edək ki, 30 yaşlı futbolçu yarımmüdafiəçidi. O, artıq beş ildi ki, “Slensk”də çıxış edir. Milya vaxtilə “Lodz”, “Volerenga” (Norveç), “Austria” (Avstriya), “Visla” və “Legia” kimi klublarda da top qovub.
