19 dekabr 2012 19:37
“Vəziyyətimiz hamıya bəllidi”
“Sumqayıt”la oyun öncəsi “Kəpəz”in kapitanı Azər Məmmədov bu görüşlə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi klub saytına açıqlamasında bunları deyib:
“Fikrimiz ancaq qələbə qazanmaqdı. Vəziyyətimiz hamıya bəllidi. Yalnız qələbə əldə etməklə durumumuzu qismən də olsa düzəldə bilərik. İlin son oyunudu. Bundan sonra çempionatda fasilə yaranacaq. Hamımız istəyirik ki, evə xoş əhval-ruhiyyədə qayıdaq. Ona görə klub rəhbərliyinin, məşqçilərin və futbolçuların yeganə istəyi 3 xaldı”.
