19 dekabr 2012 11:17

“Neftçi ilə oyunda biz iki xal itirdik”

“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Neftçi” ilə oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- “Neftçi” ilə oyun haqda nə deyə bilərsiz?
- Biz oyunun böyük hissəsini “Neftçi”dən daha yaxşı keçirdik. Bu, daha çox ikinci hissəyə təsadüf etdi. Meydanda bircə komanda var idi – “Bakı”. “Neftçi” güclü olsa da, biz qələbə qazanmalıydıq. Çox təəssüf ki, yenə qapımıza penalti təyin olunması nəticəsində qol buraxdıq.
 
- “Neftçi”nin belə zəif oynayacağını gözləyirdiniz?
- Oyuna qədər rəqibin necə oynayacağı mənə maraqlı deyildi. Çünki həmişə yaxşı oyunu öz yetirmələrimdən gözləyirəm. Mənə elə gəlir ki, oyundan öncə məşq etmədən meydana çıxmaq çox çətindi.

- Komandanın oyundan öncə xeyli müddət tıxacda qalması oyununuza çoxmu təsir etdi?
- Bu, bizim oyunun əvvəlində erkən qol buraxmağımızda da özünü göstərdi. Amma şadam ki, yetirmələrim son zamanlar artırmağa başlayıblar. Şəhriyar Əliyevi, Elvin Məmmədovu, Nurlan Novruzovu xüsusi qeyd etmək istərdim.
 
- Amma komanda hazırda rekorda sayda heç-heçə ilə ilk altılıqdan kənardadı...
- Sizinlə razılaşmalıyam. Yenə heç-heçə oynamağa davam etsək, çətin ki, ilk altılığa düşə bilək. Amma “Neftçi” ilə oyunda biz qələbəyə layiq idik. Yenə iki xal itirdik. Lakin mən komandama inanıram. Biz son zamanlarda “Neftçi”dən başqa heç bir iddialı rəqibimizə uduzmamışıq.
 
- “İnter”lə oyun haqda nə deyə bilərsiz?
- Bizi möhkəm komanda ilə oyun gözləyir. Bir çox komponentlərdə güclüdülər. Bizə çox çətin olacaq. Amma bizim bu komanda ilə layiqli mübarizə aparmaq üçün hazırlaşmağa vaxtımız var.
 
- Qələbə qazana biləcəksiz?
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Amma bu, həmişə alınmır. Qarşıdakı oyun bizim üçün çox vacibdi. Üç xal qazanmaq üçün oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.