19 dekabr 2012 11:43
İspaniya Kral Kuboku: Malaga üçün sərfəli nəticə
Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha bir görüş keçirilib. Azerisport.az xəbər verir ki, yeganə oyunda “Eibar” “Malaga”nı qəbul edib.
Tərəflərin hərəyə bir qol vurduğu qarşılaşmada qalib müəyyənləşməyib. Beləcə “Malaga” cavab görüşü öncəsi üstünlük qazanmış olub.
Qeyd edək ki, bu mərhələnin digər ilk oyunları bir müddət öncə baş tutmuşdu. Cavab qarşılaşmaları isə yanvarın 8-10-u aralığında keçiriləcək.
İspaniya Kral Kuboku
1/8 final (ilk oyun)
18 dekabr
Eibar – Malaga – 1:1
