19 dekabr 2012 12:01
Simurq Rəvanla oyuna ciddi itkilərlə çıxacaq
Topaz Premyer Liqasının XVIII turunda “Rəvan”ı qəbul edəcək “Simurq” qarlı hava şəraitində hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, 2012-ci ilin son oyununda qalib gəlmək və turnir cədvəlini zirvədə tamamlayaraq fasiləyə yollanmağı planlaşdıran “Simurq” növbəti məşqinə çıxıb.
Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri daha sonra taktiki çalışmalar üzərində işləyib. Qısa ötürmələrdən sonra ikitərəfli oyunla məşq tamamlanıb.
Qapıçılar Dmitri Kramarenko, David Petrkeviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıb.
Qeyd edək ki, “Simurq” - “Rəvan” oyunu dekabrın 20-si saat 15:00-da Zaqatala şəhər stadionunda keçiriləcək. Bu qarşılaşmada “sarı-qaralar”ın aparıcı oyunçuları David Petrkeviç, Murad Səttarlı və Rasim Ramaldanov komandasına kömək edə bilməyəcək. Onlar cəza səbəbindən bu oyunda forma geyinə bilməyəcək.
