19 dekabr 2012 13:08
8-ci km stadionunun adı yanvarda dəyişdiriləcək
Gələn ilin yanvar ayında 8-ci km stadionunun adı dəyişdirələcək. Azerisport.az xəbər verir ki, AFFA hazırda bu arenaya adının verilməsində maraqlı olan kampaniyalarla danışıqlar aparır.
Artıq bir şirkətlə razılıq əldə olunub. Tərəflər arasında müqavilənin yanvar ayında imzalanması nəzərdə tutulub. Əldə etdiyimiz məlumata görə, AFFA və həmin şirkət arasında 5 illik müqavilə bağlanacaq. Lakin şirkətin adı hələlik açıqlanmır.
Qeyd edək ki, bu stadionunun dəyişdirilməsinə ehtiyac olduğunu Azərbaycan prezidenti İlham Əliyev də qeyd edib.
