19 dekabr 2012 13:17

Azərbaycan yığması FİFA reytinqində irəlilədi

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda 5 pillə irəliləyib.
 
Ötən ay 123-cü pillədə qərarlaşan Azərbaycan yığması FİFA-nın siyahısında irəliləyərək 118-ci pilləyə qalxıb. Hazırda millimizin aktivində 277 xal var.
 
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq. Bu komanda ötən ayla müqayisədə 4 pillə geriləyib (148-ci yer; 172 xal). Şimali İrlandiya isə 4 pillə irəliləyib. İrlandlar hazırda 367 xalla 96-cıdılar. Portuqaliya üç pillə geriləyib və indi 1144 xalla 7-cidi. Rusiya 1070 xalla 9-cu pillədəki yerində qalıb. İsrail də yerində sayıb. Bu ölkənin millisi 454 xalla 78-ci yerdə gedir.
 
İlk onluğa gəlincə, İspaniya 1606 xalla zirvədəki yerini qoruyub. Almaniya da yerində sayıb və hazırda 1437 xalla ikinci yerdədi. Argentina 1290 xalla üçüncü pillədə gedir. İtaliya 1165 xalla dördüncü yerə çıxıb. Üç pillə irəliləyən Kolumbiya hazırda 1164 xalla beşincidi. 1151 xala malik İngiltərə altıncı pillədəki yerini qoruyub. Portuqaliya isə 3 pillə geriləyib və hazırda 1144 xalla yeddincidi. Hollandiya da bir pillə geriləyib və indi səkkizincidi – 1124 xal. Rusiya (1070) doqquzuncu, Xorvatiya (1064) onuncudu.

Növbəti reytinq siyahısı yanvar ayında açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.